İzahlı lüğət

MƏSKƏN

is. [ər.] 1. İnsanın yaşadığı yer, yurd; ev və s. [Şamama cadu:] Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Ə.Haqverdiyev. Bir aydır ki, sevgilisinin məskəni olan kəndin qarşısında durur. H.Nəzərli. Məskən salmaq - bir yerdə yaşamağa başlamaq, yurd, yurd-yuva salmaq. Şəhərdə məskən salmaq. - [Yolçu:] Orada məskən salmaq fikrindəyəm. Ə.Məmmədxanlı. Heyvanlar özlərinə buralarda məskən salmağa başlamışdılar. M.Rzaquluzadə.
2. Bir şeyin olduğu, yerləşdiyi yer. Gərdəndə tellər nə gözəl teldi; Onların məskəni o nazik beldi. M.P.Vaqif. Qızğın alver məskəni olan Bazar küçəsi qoçuların gəlir yeri idi. A.Şaiq. □ Məskən etmək (eləmək) yerləşmək, özünə yurd etmək, yer tutmaq. Zülfündə məskən eylədi cani Nəsiminin; Canın həmişə məskəni ol aşiyanədir. Nəsimi. Can quşu zülfündə məskən eyləmiş; Onunçün qorxuram mən şanələrdən.. Q.Zakir. Məskən tutmaq - b a x məskən etmək. Ta ayağın tozu tək qapında məskən tutmuşam; Bu səadətdən mənim, baxdım ki, bəxtim tac alır. Xətayi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed