İzahlı lüğət

MÜKƏDDƏR

sif [ər.] Kədərli, qəmli, qüssəli, məhzun, qəmgin. Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdu mükəddər. Q.Zakir. ..Yalnız başıma oturub dalğın və mükəddər (z.) bir halda düşünürdüm. S.Hüseyn. □ Mükəddər etmək - kədərləndirmək, qəmləndirmək, məyus etmək. Lütf eylə, məni mükəddər etmə! Füzuli. Əgər məndən sual etsən, bəradər; Olubdur xatirim qəmdən mükəddər. S.Ə.Şirvani. Mükəddər qılmaq köhn. - b a x mükəddər etmək. Ta o gündən məni-biyari mükəddər qıldın. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed