İzahlı lüğət

MÜQAYİSƏ

is. [ər.] Oxşar və fərqli cəhətlərini, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün qarşılaşdırma, tutuşdurma. [Şərəfoğlu Rüstəmə:] Sən.. özün də bilirsən ki, bu müqayisə heç şeyə dəyməz. M.İbrahimov. Ustanın müqayisəsi də qəribə idi: qızılgül və ekskavator təknəsi. Ə.Sadıq. Müqayisə etmək - oxşar və fərqli cəhətlərini, yaxud bir şeyin o biri şeydən üstünlüyünü müəyyən etmək üçün onları qarşılaşdırmaq, tutuşdurmaq. Gülşən anası ilə qonşularını, müqayisə etmək istədi. Ə.Vəliyev.
□ Müqayisə dərəcəsi qram. - əşyanın əlamət və ya keyfiyyətinin az və ya çox olduğunu bildirən və sifəti başqa nitq hissələrindən fərqləndirən xüsusiyyət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MIZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed