İzahlı lüğət

KƏLƏ-KÖTÜR

sif. 1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). Kələ-kötür divar. Kələ-kötür daş. İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. ..Qayıq fənər işığında aydın görünən boz, kələ-kötür qayaların üç-dörd addımlığında idi. M.Hüseyn.
Qaba, kobud, yöndəmsiz, yaraşıqsız, biçimsiz. Kələ-kötür əl. - Dəmirçioğlu baxdı ki, [Koroğlu] bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu”. Obarmaqların hamısı, bir-birinə oxşayan kələkötür barmaqlardır. M.S.Ordubadi. // Düzgün olmayan, əyri-üyrü, biçimsiz. Kələ-kötür hərflər və əyri xətlərlə adi şagird dəftərinin dörd vərəqini tutan bu kağız imzasız idi. M.İbrahimov. Bir də ki, kələ-kötür xətlə yazılmış sözləri oxuyub, xeyir xəbər olduğunu gördüm. H.Seyidbəyli.
məc. İncəlikdən məhrum; qaba, kobud. [Kərəmov:] Axır zamanlar bir az sən də kələkötür (z.) danışmağa başlamısan. S.Rəhman.
məc. Əzablı, əziyyətlə dolu, ağır, əziyyətli. [Firidun] ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed