KÜNC-BUCAQis. 1. Bax künc. Otağın fərşi çoxdan bəri süpürülməmişdi: küncbucağı, tavanı hörümçək toru basmışdı. M.S.Ordubadi. [Xalıqverdi:] Mitillərimin hamısını söküb, küncü-bucağı qazıq-qazıq eləyibsiniz. Ə.Vəliyev.
2. məc. Gizlin, nəzərə çarpmayan, xəlvət, dalda yer mənasında. Künc-bucağı axtarmaq. Küncdə-bucaqda gizlənmək. - [Hümmət:] Küncdə-bucaqda danışmaq arvad işidir, - deyə, astadan gileylənə-gileylənə eyvana çıxdı. B.Bayramov. Paylaşın - Hamı bilsin
|