İzahlı lüğət

KAĞIZ

is. 1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material. - Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə. M.Ə.Sabir. Susuram önündə o şeriyyətin; Ürəyim dolsa da, ağ qalır kağız. M.Araz. □ Divar kağızı - evin divarlarına çəkilən üzü naxışlı və ya şəkilli kağız. Papiros (cığara) kağızı - tütün bükmək üçün zərif, yumşaq kağız növü. Sumbata kağızı - bax sumbata. Suçəkən (suqurulayan) kağız - b a x suçəkən. Şirli kağız şəkil çəkmək və ya yazı yazmaq üçün üzəri parlaq maddə ilə örtülü kağız növü. // Həmin materialın bir vərəqi, bir parçası. Bir kağız ver, ərizə yazım. - [Mirzə Səfər] stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub, qələm götürdü. Ə.Haqverdiyev. [Mirzə Mehrəli] kağızı dizinin üstə sıxışdıraraq gözlüyün üstündən baxa-baxa yazdı.. Çəmənzəminli. Oturmuş qapıda məktəbli bir qız; Əlində bir qələm, birparça kağız. S.Vurğun.
Məktub. Kağız yazmaq. Kağız göndərmək. - [Mərcan bəy:] Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. U.Hacıbəyov. Qoy qara kağızım olsun; O kitab dostlara, tanışlara. M.Araz.
Rəsmi mahiyyətdə olan hər cür yazılı sənəd. Yaş kağızı. Işıq kağızı. Mərkəzdən kağız gəldi. - [Məmmədcəfər:] Bu birinci kağızlar ki görürsən, qardaşlarımdan ayrılıq kağızlarımdır. Qantəmir. [Gəldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün göndərdi.. Mir Cəlal. // Təliqə. [Aslan bəy:] Qulu, oyerin kağızını aldınmı? Tapşırmışdım hazır eləsinlər. N.Vəzirov. // İltizamnamə. Dilindən kağız vermək. // Arayış, yazılı məlumat. Məmməd Həsənoviç bir məsələ üçün yüzyerdən kağız istərdi.. M.İbrahimov.
Adətən cəm şəklində: kağızlar - qiymətli kağızlar (aksiya, istiqraz, banknot və s). Kağızlar qiymətdən düşür.
Qumar oynamağa məxsus xüsusi surətdə hazırlanmış kağız parçaları topası; kart. Kağızı kim paylayacaq? Kağızı kəsmək.
sif mənasında. Kağızdan hazırlanmış, kağızdan düzəldilmiş. Kağız kisə. - Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar. T.Ş.Simurq. Kağız pul - kağızdan kəsilmiş pul, kredit bileti. Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı. Ə.Haqverdiyev. [Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı. S.Rəhimov.
□□ Kağız kimi - ağappaq, qar kimi, lap ağ. Kağız kimi ağarmaq - rəngi qaçmaq (çəkilmək), sifəti ağappaq olmaq. Gövhər qarı gizlincə Şahnaza baxdı. Qızın rəngi kağız kimi ağarmışdı. İ.Şıxlı. Kağız üzərində qalmaq - həyata keçməmək (keçirilməmək), yerinə yetirilməmək, icra olunmamaq. Kağızını almaq dan. - boşanmaq. Kağızını vermək dan. - boşamaq. [Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad. Ə.Haqverdiyev. Dilindən kağız vermək - rəsmən öhdəsinə götürmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed