İzahlı lüğət

İSTİQBAL

is. [ər.] 1. Gələcək. Oğlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi. Çəmənzəminli. [Nümayəndə:] Yaşasın 0ərq qadını və onun parlaq istiqbalı! Ə.Haqverdiyev.Gələn adamın qarşısına çıxma; qarşılama. Atabəy Məhəmməd qardaşları üçün böyük bir istiqbal təntənəsi düzəltdi. M.S.Ordubadi. □ İstiqbal etmək - qabağına çıxmaq, qarşılamaq, gələni qəbul etmək. Görcəyin bizləri o sahibi-mal; Çıxıban dişrə etdi istiqbal. S.Ə.Şirvani. Hacı Səlimin qaynı onu təziyə üçün gəlmiş qohumu qəbul edəntək istiqbal edib, bir neçə gün ehtiram ilə müsafir saxladı. Ə.Haqverdiyev. Əhməd .. qayıdanda .. necə istiqbal edəcəklərini də xəyalından keçirirdi. B.Talıblı. İstiqbala çıxmaq - gələn adamın qabağına çıxmaq, qarşılamaq. Livarcanın ağası Hacı xan iki oğlanları və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı. M.S.Ordubadi.
köhn. Qrammatikada: gələcək zaman felinin adı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed