İzahlı lüğət

İSTƏKLİ

1. is. Sevgili. [Fərman:] Ata, mənə dövlət lazım deyil, .. mənə ancaq öz istəklim lazımdır. Ə.Haqverdiyev. [Səriyyə:] Neçə illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm əmim oğlu istəklim ilə bəxtiyar yaşayacağam. C.Cabbarlı. Gül ey doğma Vətənimin; Istəklisi, yetirməsi; Oyna, sevin, biz dinləyib; Fərəhlənək bu şən səsi. M.Dilbazi.
2. sif Əziz, sevimli, mehriban, ən çox istənilən. Istəkli adam. Istəkli övlad. - Qaşların qarasından; Xal düşüb arasından; Adam da əl çəkərmi; Istəkli balasından? (Bayatı). Yazıq qızcığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. S.S.Axundov. Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

İL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed