İzahlı lüğət

İL

is. 1. Yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi müddət (yanvarın 1dən başlayaraq hesablanan 12 aylıq dövr). Yerin günəş ətrafında tam hərəkəti bir il çəkir. Bir ilin uzunluğu 365 və ya 366 gündür. İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. // Hər hansı bir gündən başlayaraq hesablanan 12 aylıq bir müddət. Hadisədən iki il keçmişdir. Bir ildən sonra 10 yaşı tamam olacaq. Dörd il bir şəhərdə yaşamaq. Bir il səfərdə olmaq. - [Tapdıq:] On ildi bu fürsəti güdürdüm; Ey şux, gözüm ki səndədir bil. Cabbarlı. Baratın Bakıya gəldiyi vaxtdan beş il keçirdi. M.Hüseyn.
Cəm şəklində: tərkibdə sıra sayları ilə onillik müddətləri göstərir. Doxsanıncı illər. Altmışıncı illər ədəbiyyatı.
Cəm şəklində: müəyyən zaman, dövr bildirir; dövr, zəmanə. Müharibə illəri. Uşaqlıq illəri. Məktəb illəri. - Yenə bahar gələndə; Volqada axırdı buz; Lakin illər ağırdı; Günlər yaman uğursuz. R.Rza. [Əntiqənin] atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal.
astr. Günəş ətrafında hər hansı planetin dövr müddəti. Mars ili.
□□ İ1 dolanmaq - on iki ay bitmək, qurtarmaq, il başa çatmaq. Qış getdi, qar gəlmədi; Nə də bahar gəlmədi; İl dolandı, ay ötdü; Gözlədim, yar gəlmədi. (Bayatı). Ay keçər, il dolanar. Sənin adın məğribdən məşriqətən bütün dünyada məşhur olar. “Koroğlu”. Günlər keçdi, .. il dolandı.. M.Rahim. İ1 gecə - qurtarmaq bilməyən, uzun (“uzun gecə” mənasında). Bağrımı çatlatdılar; Sinəmi oxlatdılar; İl gecəni sübhə tək; Bircə məgər yatdılar?! M.Ə.Sabir. İ1 keçdikcə zaman ötdükcə, bir neçə il keçdikdən sonra, vaxtilə. İl keçdikcə unudulacaqdır. İl keçdikcə ağıllanacaqdır. İ1 uzunu - on iki ay müddətində, bütün ili, bütün il ərzində. [Həsən:] Gərək il uzunu işimi-gücümü, dükanımı buraxıb divana yol döyəydim. Ə.Haqverdiyev. İl uzunu dərdini çəkməkdəyəm; Aylar ilə göz yaşı tökməkdəyəm. Ə.Nəzmi. İ1 vermək - xalq adətincə, ölən adam üçün ili tamam olduqda ehsan vermək. İ1dən-i1ə, i11ərdən-i1ə - hər il, il keçdikcə, ilbəil, durmadan. Çay dediyi sözlər yerini aldı; İldən-ilə gölün suyu azaldı. Səhhət. Şəhərdən kəndə gələn çarpayıların, çəngəl-bıçağın, stol-kürsünün sayı ildənilə artır. İ.Əfəndiyev. Bəhəri çox verir bağ ildən-ilə. M.Dilbazi. İ1-i1dən - ildən-ilə, ilbəil. Azaldı il-ildən bağın meyvəsi; Torpağın hünəri, suyun qüvvəsi. M.Dilbazi. İ11ər ayrısı o1maq - uzun illər bir-birindən ayrı düşmək, ayrı yaşamaq, bir-biri ilə görüşməmək. Mən aşıq, ellər ayrısı; Şanə tellər ayrısı; Bir gününə dözməzdim; Oldum illər ayrısı. (Bayatı). İllər ayrısıyıq, fürsət düşəndə; Çəkilib pünhana üzün bürümə! Aşıq Ələsgər. Tədris i1i (akademik i1) - bir
yay tətilinin axırından o biri yay tətilinin əvvəlinə qədər olan dərs məşğələləri dövrü. Uzun illər - həmişə, daim, illər boyunca. Sülh carçısıyıq biz uzun illər, bilir aləm; Sülh şairə, sülh fəhləyə, sülh xalqa gərəkdir. S.Rüstəm. Yeni il - 1 Yanvar günü. Yeni ili təbrik etmək. Yeni il şənliyində iştirak etmək. Yeni iliniz mübarək!
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed