İzahlı lüğət

İSİNMƏK

f. 1. Qızmaq, hərarəti artmaq. Gün çıxdı, hava isindi. - Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa. C.Məmmədquluzadə. Birdən [Cavadın] keçə çəkməli ayağı isindi. O, ayağına baxdı. Yaralanmışdı. Ə.Vəliyev. Qış çıxır və havalar yavaş-yavaş isinməyə başlayırdı. S.Şamilov.
Qızınmaq, istilənmək. Sobanın qabağında isinmək. - Keçək, bir az içəridə isinək. H.Seyidbəyli. O, əvvəl çay qoydu, isinsin deyə; Sonra da baxaraq bir az güzgüyə; Seyrək saçlarını daradı yana. Z.Xəlil.
məc. Nəvaziş görmək, oxşanmaq. ..[Firiduna] elə gəlirdi ki, qadın nəvaziş və məhəbbəti ilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov. Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən .. heç bir şey sənin üçün qorxulu deyil. Mir Cəlal. Qüvvətimiz, ümidimiz, arzularımız bu məhəbbətlə isinmişdir - bu məhəbbət analarımızın ilk öpüşündən ürəyimizə axmışdır. Ə.Məmmədxanlı.
məc. İsinişmək. Əvvəlləri [Arazgil] doktor Şamilə bir o qədər isinə bilmirdi. A.Şaiq. Polkovnik bizə tez isinmişdi. M.Hüseyn. Axşamdan bəri [müəllimlə] xeyli söhbət etmiş və iki köhnə dost kimi bir-birimizə isinmişdik. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed