İzahlı lüğət

İSTİ

1. sif. Qızdırılmış, isidilmiş, hərarəti artırılmış (soyuq qarşılığı). Isti otaq. Isti ütü. Isti süd. - Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və dolça, tövşüyə-tövşüyə içəri girdi. İ.Hüseynov.
is. Xəstəlik halında bədəndə yaranan hərarət, istilik. Xəstənin istisi qalxmışdır. Istisini ölçüb dərhal; Ana deyir: - Dincəl bir az. M.Dilbazi. [Salama] elə gəldi ki, sinəsindən isti qalxır.. Mir Cəlal.
sif İstilik verən, yandırıcı, qızğın. Isti günəş. Isti şüa. - ..Turab Xəzər dənizindən qalxan od kimi isti günəşdən yorğun gözlərini açdı. M.Hüseyn. Əsla məni döyməsin; Isti günəş, sərt külək. Z.Xəlil. // Hava haqqında. Isti gün. Isti hava. - Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri. M.Müşfiq. Avqustun ortaları olduğundan hava çox isti idi. İ.Əfəndiyev. Isti yay günləri də Tapdığın intizarını anlayıb tez gəlib keçdi. Ə.Vəliyev. // Mülayim iqlimi olan. Isti ölkələr (cənub ölkələri). // is. Bərk qızmış hava; hərarət, istilik. Heç kəs nə qapıda, nə küçənin bir yanında görünmür. Yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə. [Məşədi Qəzənfər:] Yazın istisində harada sərinləyə bilərsən? Ü.Hacıbəyov. Dözülməz isti insanı taqətdən salırdı. Ə.Sadıq. // Cəm halında: istilər - havanın qızmağa başlaması. Istilər düşdü. Istilərin başlanmasına az qalıb. - Istilər düşdükcə başını qaldırıb canlanmış cürbəcür həşərat və milçəklər bu gecə sanki qəsdən daha çox fəaliyyət göstərirdi. M.İbrahimov.
sif Bədəni soyuqdan yaxşı qoruyan; yun. Isti köynək. Istipaltar. Isti corab. - Gecələr yatmayıb hər bir qoçağa; Isti paltar tikdi gəlinlər, qızlar. S.Vurğun. [Zəhranın] ayağında dizdən əsgər çəkməsi, başında isti papağı vardı. Ə.Vəliyev.
sif məc. Hərarətli, mehriban, nəvazişli, oxşayıcı, səmimi. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir.. A.Şaiq. Bircə nöqsan tapmayaraq övladının varlığında; Bir can kimi bəsləmişdir məni isti qucağında. S.Rüstəm. [Gülcamal:] Məmmədin səsinə oxşayır bu səs; Onun nəfəsidir bu isti nəfəs! Z.Xəlil.
□□ İsti basmaq - bir işdən, sözdən, hadisədən və s.-dən çox mütəəssir olub özünü istilənmiş kimi hiss etmək. İsti çalmaq
b a x isti basmaq. Bu səsdən məni bir isti çaldı, hərarət bütün bədənimi mum kimi yumşaltdı. Mir Cəlal. İsti vurmaq - günəşin şiddətli təsirindən süstləşmək, əzgin və ya bayğın hala gəlmək. Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”. İsti yer - sakit, rahat, qazanclı, gəlirli iş, vəzifə, mənasında. O gah getmək istədi, gah da isti yerini soyutmaqdan qorxdu. Mir Cəlal. İsti-soyuq dadmaq (görmək, bilmək və s.) - bax bərkə-boşa düşmək (“bərk-boş”da). [Məsum kişi:] ..Oxuyanda nə olar, - deyirdi,
uşağın birisidir. Dünyanın işlərini nə qanır. Isti-soyuq dadmayıb. Mir Cəlal. Durna bacı dünyanın isti-soyuğunu yaxşı bilən adamlardan idi. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed