İzahlı lüğət

İTİLMƏK

f dan. 1. Çıxıb getmək, rədd olub getmək, uzaqlaşmaq, gözdən yox olmaq: getmək. [Tükəz:] Kişi, dəli olubsan! Mən evimdən hara itiləcəyəm? M.F.Axundzadə. [Əbdürrəhman bəy:] ..Əbdürrəhim, sən atanın goru, tez bir çubuq gətir ver, durum itilim buradan.. N.Vəzirov. Əmr şəklində: itil, itil cəhənnəmə şəklində - rədd ol! çıx bayıra! çəkil get! [Soltan bəy Əsgərə:] Tez ol, itil buradan! Ü.Hacıbəyov. [Nəcəf bəy Süleyman bəyə:] İtil bu saat mənim evimdən! Ə.Haqverdiyev. [Qumru:] İtil buradan, bir qıy çəkərəm, dünya yığılar. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed