İzahlı lüğət

HOQQABAZLIQ

is. 1. Hoqqabazın (1-ci mənada) işi, sənəti; əl zirəkliyi ilə cürbəcür şeylər göstərmə. Qəhqəhə, əlçalanların qarışıq ovuc səsləri, Zeynalın əlli cürə hoqqabazlığı.. məclisi xeyli şənləndirib qızışdırdı. Ə.Əbülhəsən. // Oyunbazlıq. [Firəngiz Muxtara:] Yeniliyi sənin kimi astarından anlayanlar .. hər cür hoqqabazlığı .. yenilik adlandırırlar. B.Bayramov. □ Hoqqabazlıq etmək - hoqqa çıxarmaq, oyun çıxarmaq, oyunbazlıq etmək, təlxəklik etmək, özünü təlxək kimi aparmaq.
2. məc. Yalanla, hiylə ilə, aldadıcı yollarla görülən iş. Oynadar əldə məzhəbi, dini; Hoqqabazlıqda xeyli kamildir. M.Ə.Möcüz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed