İzahlı lüğət

HİDDƏT

is. [ər.] 1. Qəzəb, acıq, qeyz, hirs, sərtlik. [Gülər Gülsabaha:] Hiddət ancaq sizin boğazınızı yırta bilər. C.Cabbarlı. Hiddətindən bağbanın gözləri qızardı. S.Rəhimov. □ Hiddətə salmaq- bax hiddətləndirmək. Mirzə Cəlil öz son məqalələri ilə ruhani və qoçuları hiddətə salacağını bilirdi. S.Vəliyev. // məc. Şiddət, azğınlıq, tüğyan. Küləyin hiddəti. - Dənizin coşduqca qeyzi, hiddəti; Anam hey soruşur məndən türbəti. M.Rahim.
2. Hiddətlə şəklində zərf - qeyzlə, sərtcəsinə. Hiddətlə cavab vermək. - Fərhadoğlu .. cibindən ağ dəsmalını çıxarıb .. hiddətləyaşaran gözlərini sildi. S.Rəhimov. // Məc. mənada. Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə, budur. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed