İzahlı lüğət

HƏKK

is. [ər.] Hər hansı bir material (metal, ağac, daş, şüşə və s.) üzərində metal qələmlə çuxur və ya qabartma şəklində açılmış naxış, yazı və s.; oyma. □ Həkk etmək
həmin üsulla bir şeyin üzərində naxış açmaq, yazı yazmaq. [Cahandar ağa] elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. İ.Şıxlı. Həkk olunmaq - 1) həmin üsulla naxış açılmaq, yazı yazılmaq; 2) məc. Həmişəlik qalmaq, unudulmamaq (zehnində, qəlbində və s. sözlərlə). Elə bil qızın bütün xüsusiyyəti, boybuxunu Şahmarın qəlbində həkk olunmuşdu. Bayramov. Qayalara həkk olmayan söz itər; Bu bahardan o bahara iz itər. M.Araz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed