İzahlı lüğət

HƏZRƏT

is. [ər.] köhn. Müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilərək təzim və ehtiram bildirən söz - cənab. Möcüzi-ləliləbin həzrəti-Isa nə bilir? Nazi-əndamını
Şirinü Züleyxa nə bilir? Q.Zakir. [Yusif:] Həzrət Abbas haqqı, ay Səməd, mən elə bilirdim, bu oxumaq zad səni dəyişdirib. İ.Hüseynov. Həzrətləri şəklində - keçmişdə ehtiram və sayğı əlaməti olaraq böyük və hörmətli şəxslərin adlarından sonra işlədilirdi - cənabları (indi ən çox diplomatik dildə işlənir). Burada müsəlman camaatı bir yerə cəm olub, əl qalxızıb imperator həzrətlərinə dua edirlər. C.Məmmədquluzadə. [Məhəmməd:] Hərgah Atabəy həzrətləri icazə verərsə, mən iştirak edərəm... M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

H

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed