İzahlı lüğət

GÜLLƏ

is. Top, tüfəng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzəldilmiş girdə və uzunsov mərmicik. Top gülləsi. Tüfəng gülləsi. - [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq böyründən çıxmışdı. Ə.Sadıq. [Ovçu:] Niyə tələsdiniz? - dedi, - yaxşı ki güllələriniz dəymədi.. M.Rzaquluzadə. □ Güllə açılmaq - atəş açılmaq, atılmaq (odlu silah haqqında). Yarım saat keçmədən soldan bir güllə açıldı. H.Nəzərli. Güllə atmaq - odlu silahdan atmaq, atəş açmaq. Havaya birbirinin ardınca üç güllə atdım. M.Rzaquluzadə. Səhərə yaxın dalbadal iki güllə atıldı. İ.Şıxlı. Güllə boşaltmaq - bax güllə atmaq. Bir haray yuxuma güllə boşaltdı; Bir duyğu səsiymiş oyadan məni.. M.Araz. Güllə yağdırmaq, gülləyə basmaq (tutmaq) hər tərəfdən çoxlu güllə atmaq. [Nəbi] qaçaqlar gələn kimi onları gülləyə basıb pərən-pərən edir. “Qaçaq Nəbi”. ..Quldurlar bunları təzədən gülləyə tutdular. S.S.Axundov.
□□ Güllə kimi - 1) çox tez, çox cəld, çox sürətli. Rəna qapıdan güllə kimi çıxdı. S.Rəhman. O, .. dəftəri götürüb güllə kimi pilləkənlə üzüaşağı yüyürür. Ə.Məmmədxanlı; 2) çox kəskin, çox ağır, çox təsirli. Paşanın sözü Həsən xana güllə kimi dəydi. “Koroğlu”. Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi. M.İbrahimov. Güllə mənzili - güllə atılan yerdən güllənin düşdüyü yerə qədər olan məsafə. Kəndə qədər bir güllə mənzili qalmışdı. Güllə sıxmaq
odlu silahı hədəfə yapışdıraraq vurmaq. Cibimdə silahım olsaydı, ürəyimə bir güllə sıxardım. Mir Cəlal. [Ələmdar] öz gülləsini Müqim bəyin kürəyinə sıxıb ağasının ciyərini çıxartdı. S.Rəhimov. Güllə tökmək - ərinmiş metaldan güllə qayırmaq. Gülləni gülləyə düzmək - çoxlu güllə atmaq, ara vermədən atəş açmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed