Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/shagird/b_c/db_f.php on line 4
GÖSTƏRMƏK sözünün izahı / GÖSTƏRMƏK sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

GÖSTƏRMƏK

f 1. Görməsinə imkan yaratmaq; görsətmək. Evləri cərgələmə; Tikilmiş cərgələmə; Açma günəş camalın; Göstərmə hər gələnə. (Bayatı). Gah göstərdin, gah gizlətdin yanağı; Axır məni dərdə saldın, al etdin. M.P.Vaqif. [Cahan xala:] Arşın mal aparmışdım, qızlara göstərəm. Ü.Hacıbəyov. // Baxmaq, yoxlamaq üçün təqdim etmək. Sənədlərini göstərmək. // İzahat verərək tanış etmək. Otaqlarını göstərmək. Eksponatları göstərmək. - Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. Kişi axunda yem yeyən atlarını göstərib, fəxr edirdi. Mir Cəlal. // Tamaşaçılar qarşısında nümayiş etdirmək. Yeni tamaşa göstərmək. Yeni film göstərmək. Tələbələrə kimyəvi təcrübə göstərmək.
Müayinə edərək baxmaq, məsləhət almaq üçün gətirmək. Uşağı həkimə göstərmək. Dissertasiyasını rəhbərinə göstərmək. Əl və ya baş hərəkəti ilə birinin diqqətini bir şeyə cəlb etdirmək, nişan vermək, işarə etmək. Evi göstərmək. Yolu göstərmək. Əli ilə pəncərəni göstərmək. - [Cavad] əlilə düşmən sərhədlərini göstərərək dedi.. Ə.Vəliyev. Ovçu, Elçinin göstərdiyi yerə baxanda, burnuna yel doldu.. M.Rzaquluzadə. // Təqdim etmək. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi. S.S.Axundov.
Bədii əsərdə təsvir etmək, əks etdirmək. Xalqın qəhrəmanlığını göstərmək. Əsərdə əmək adamlarının rəşadətini göstərmək.
Şərh etmək, izah etmək, anlatmaq, başa salmaq. Təcrübənin gedişini göstərmək. Cihazlardan istifadə qaydalarını göstərmək. Məsələnin həllini göstərmək.
Bəlli etmək, şəhadət etmək. Bu söz onun niyyətini açıq göstərir. Hər hansı bir keyfiyyət, xüsusiyyət, hal büruzə vermək, aşkar etmək. Cəsarət göstərmək. Bacarıq göstərmək. Alicənablıq göstərmək. - Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. 0ah buyurdu ki:
Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə, müəllimlikdə qabiliyyət göstərdiyindən işləri gün-gündən tərəqqi etməkdə idi. Ə.Haqverdiyev. // Kəmiyyətcə bu və ya başqa nəticələr vermək. Qaçışda yaxşı nəticə göstərmək. Təyyarə ən yüksək sürət göstərdi.
Bildirmək, demək və ya yazmaq. Bəhmənyar göstərir... Müəllif göstərir ki
Göstərərəm, göstəririk, göstərər(lər) şəklində dan. - təhdid, hədə mənasında. Mən sənə göstərərəm... Ona göstərərlər... [Zaman:] Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.