İzahlı lüğət

GİLƏ

is. 1. Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Qarağat giləsi. - [Kazım] yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi.. Çəmənzəminli. Kəhrəbadan seçilməz salxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadır. S.Rüstəm. Narın birini kəsdim, zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal.
Damla, damcı. Bir gilə su. Yaş giləsi.
Cümşüd bəy əlini açdı, qulluqçu onun ovcuna bir neçə gilə gülab tökdü. E.Sultanov. [Müqim bəy:] Daşdəmir oğlunun başını gərək elə kəsəsən ki, heç bir gilə qanı da yerə düşməyə! S.Rəhimov. Bir gilə götürüb hər bulağından; Gətirib evimdə bulaq düzəldəm... M.Araz. Gözün qüzeh qişasında olan və oradan gözün içinə işıq daxil olan kiçik deşik. Mən aşiq giləsinə; Üzümün giləsinə; Qoy durum, qurban olum; Gözlərin giləsinə. (Bayatı). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. [Kərimov Səfərliyə:] Görürsən ki, bu ağ yavaş-yavaş böyüyüb nəhayət gözün giləsini örtür. H.Seyidbəyli.
Məmənin ucu. Döşün giləsi. - Nahar eyləyəndə sızlardı hərdən; Döşünün giləsi, döşünün ucu. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed