İzahlı lüğət

GƏRƏK

1. əd. Gərəkdir, lazımdır (cümlədə xəbər mənasında işlənir). Söz gərək ox keçməz qayadan keçə; Yoxdursa sözünün kəsəri, - yazma.. M.Araz. □ Gərək olmaq - lazım olmaq, işə yaramaq, kara gəlmək. Dost dosta nə gündə gərək olar? (Ata. sözü). Tənbəldən kömək olmaz; Kimsəyə gərək olmaz; Işində çalışgilən; Zəhmətsiz yemək olmaz. (Bayatı). Feildən qabaq işlənərək, onun ifadə etdiyi işin, hərəkətin olmamasının və ya olmasının arzu edildiyini bildirən modal söz. Gərək gedim. Gərək o sözü deməyəydim. - Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam? S.Hüseyn. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir. S.Rüstəm. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov.
bağl. mənasında. İstər, həm. Gərək dost, gərək düşmən.
Is. mənasında, dan. Yaraq, silah, ləvazimat. Gərəyini götürdü. - Yüz gün yaraq, bir gün gərək. (Ata. sözü). Gərəkdir şəklində - lazımdır, vacibdir, zəruridir. Dərd çəkənə gərəkdir. (Ata. sözü). Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif. Ey dust, bizə huriyü-qılman nə gərəkdir; Yüz huriyüqılman ola, könlüm səni istər. S.Ə.Şirvani.
□□ Gərək ki - ehtimal ki, deyəsən, olsun ki, yəqin ki. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. Indi, gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. [Əminə:] Başımda şal otağa girdim, gərək ki, suqabını götürmək istəyirdim. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed