Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

FÜRSƏT

is. [ər.] Bir sözü demək və ya bir işi görmək üçün əlverişli an, münasib vaxt, məqam, müvafiq hal. Bu fürsət hər vaxt ələ gəlməz. - Qanadlı bir quşdur fürsət əzəldən.. S.Vurğun. □ Fürsət aramaq (axtarmaq) - bir iş üçün əlverişli məqam axtarmaq, güdmək. Məsmə dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal. Fürsət bilmək - fürsətdən istifadə etmək. Qədir fürsət bilib yayındı, üzünü bağlara tərəf tutub yavaşca dala baxmadan gedirdi. Mir Cəlal. Fürsət bulunmaq klas. - b a x fürsət tapmaq. Xoşdur ki, bulam vüsala fürsət; Yarım tərəfindən ola nüsrət. Füzuli. Fürsət düşmək - əlverişli vaxt və şərait yaranmaq, imkan yaranmaq, məqam düşmək. Anri fürsət düşdükcə [ərəblərlə] söhbət edirdi. S.Vəliyev. [Katib:] Bir az da gözləyin, fürsət düşən kimi deyərəm. Q.İlkin. Fürsət eləmək (etmək) - bax fürsət tapmaq. [Salman:] Fürsət eləyən kimi [tülkü] girinə keçəni qamarlayıb parçalayacaqdı.. M.İbrahimov. Fürsət gözləmək - bir iş üçün əlverişli an, məqam gözləmək. Buludlar arxasında daldalanıb müəyyən fürsət gözləyən üç “M-109” birdən ildırım kimi şığıdı. Ə.Vəliyev. Fürsət tapmaq - bir sözü demək və ya bir işi görmək üçün münasib, əlverişli vaxt tapmaq, fürsət etmək, fürsət bilmək. Səkkiz gün olardı ki, gedib [Hacı kişinin] halını sormağa fürsət tapmamışdım. Qantəmir. Sərdar Rəşid bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdır. M.S.Ordubadi. Fürsət vermək - şərait yaratmaq, imkan vermək, macal vermək (çox vaxt inkarda işlədilir). [Padşah] elə Məlikəhmədə çatacaq, heç fürsət vermədi ki, ağzın açsın.. (Nağıl). Çoban [düşmənə] qalxmağa fürsət verməyib, çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub irəli şığıdı. M.Rzaquluzadə. Fürsətdən istifadə etmək - bir iş görmək üçün yaranmış əlverişli şəraitdən, vaxtdan faydalanmaq. [Yusif:] Mən fürsətdən istifadə edib danışmaq istəyirəm. B.Bayramov. Fürsəti bada vermək - bax fürsəti əldən buraxmaq. Ey könül, fürsəti badə vermə, gəl; Gün keçir, ay keçir, il yaman gedir. M.Rahim. Fürsəti əldən buraxmaq (qaçırmaq, vermək, çıxarmaq) bir işi görmək üçün yaranmış şəraitdən və vəziyyətdən dərhal istifadə etməmək. [İzzət:] Ah, sən neçin qandırmadın Isməti? Neçin əlindən çıxartdın fürsəti? H.Cavid. [Sona:] Biz indidən işə başlamasaq, fürsəti əldən buraxarıq. H.Nəzərli. Bu gün bu fürsəti verməyib əldən; Könlüm istəyəni deyəcəyəm mən. B.Vahabzadə. Fürsəti fövt etmək (fövtə vermək) - bax fürsəti əldən buraxmaq. Fürsəti fövt etməmək (fövtə verməmək) - bax fürsətdən istifadə etmək. Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmişdi. Ə.Haqverdiyev. Lütfəli də fürsəti fövtə verməyib, dedi ki, dur gedək kazinoya, qəhvə içək. İ.Musabəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla