İzahlı lüğət

FƏĞAN

is. [fars.] Nalə, fəryad, inləmə. [Abbas:] Gecə-gündüz qan ağlaram; Artıbdı fəğanım mənim! “Abbas və Gülgəz”. Fəğan etmək - fəryad qoparmaq, nalə etmək, inləmək, ağlamaq, göz yaşı tökmək. Gecə-gündüz ahü fəğan etməkdən; Dərdə, qəmxanəyə yol almışam mən. Aşıq Ələsgər. // Nalə, fəryad, ah. Səni görmək üçün ölmək istərəm; Təsəllim ah ilə fəğandır, ana! S.Vurğun. Bir yaz günü oxudum şerini, böyük ustad; Duydum, nakam ürəkdən qopan acı fəğandır. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed