İzahlı lüğət

FİZİKİ

sif 1. Fizikaya aid olan. Fiziki nəzəriyyə. Fiziki elmlərin müasir vəziyyəti. Fizikanın məşğul olduğu hadisələr sahəsinə aid olan. Torpağın fiziki xassələri. Fiziki proseslər. Əsas fondların fiziki aşınması. İnsan orqanizminə aid olan; cismani. Fiziki nöqsan. // Bədən hissləri ilə bağlı olan. Fiziki əzab.
Əzələ, damar fəaliyyətinə aid olan; qeyri-zehni. Fiziki məşqlər. Fiziki əmək. Dərs hazırlamağa oturmamışdan əvvəl fiziki işlə məşğul olmaqdan İkramın xoşu gəlirdi. Ə.Əbülhəsən. ..Qərib isə o dünyalıqdı, mənən saf və təmiz olan bu insanın fiziki qüvvəsi tükəndi. İ.Məlikzadə.
□□ Fiziki kimya - kimyəvi hadisələri fiziki üsullar vasitəsilə öyrənən, fizika ilə kimyanı birləşdirən elm. Fiziki coğrafiya Yerin səthini, iqlimini, bitki və heyvanat aləmini öyrənən elm. Fiziki coğrafiyanın ümumi nəzəriyyəsinin inkişafı üçün Vernadskinin tədqiqatları böyük əhəmiyyətə malikdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FA

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed