İzahlı lüğət

FƏLSƏFƏ

is. [ər.; yun. phileo - sevirəm və sophio - müdriklik, müdrikliyi sevmək]
Təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi inkişaf qanunları haqqında elm. Antik fəlsəfə. Fəlsəfə tarixi. Orta əsrlər Azərbaycan fəlsəfəsi. Hər hansı bir filosofun, mütəfəkkirin fəlsəfi nəzəriyyəsi, görüşü. Platonun fəlsəfəsi. Bəhmənyarın fəlsəfəsi. - Nəsimi öz fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli genişləndirdi. M.İbrahimov. // dan. Bir şey haqqında əmələ gəlmiş inam, əqidə, qənaət; konsepsiya. [Rüstəm bəy Sofya xanıma] nəsihət eləmək istədi, bir də xanımın gözəlliyi onun fəlsəfəsinə qələbə çaldı.. Çəmənzəminli. [Sultan Səmədə:] Sən fəlsəfənin məğzini bilmirsən. Dünya mübarizə dünyasıdır. İ.Hüseynov. Hər hansı bir elmin, bilik sahəsinin və s.-nin əsasını təşkil edən metodoloji prinsiplər. Hüquq fəlsəfəsi. Riyaziyyatın fəlsəfəsi.
dan. Həyata keçirilə bilməyən, qeyrireal, lüzumsuz söhbət(lər); mühakimə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed