İzahlı lüğət

FARAŞ

sif və zərf [ər.] Vaxtından, mövsümündən qabaq, tez əkilən. Faraş əkin.
Aqronomlar deyirlər ki, faraş səpin yaxşı olur. Ə.Vəliyev. Faraş səpilmiş reyhan iyi adamı valeh edir. Mir Cəlal. // Mövsümündən, vaxtından qabaq doğulan (ev heyvanları haqqında). Faraş balalar isə hər gün çimizdirilməli və sərinlikdə saxlanmalıdır. // Tezyetişən, tezböyüyən. Faraş kələm. Faraş göyərti. - [Gülşən] manqa üzvlərinə altdan-altdan baxıb, kimin nə cür işlədiyinə ciddi nəzər saldıqdan sonra faraş bir kolun yanına gəldi. Ə.Vəliyev. Bir səs deyir: Rza, durma! Rza, yaz! Qırçın tarla, faraş qoza, bol pambıqlı yaza yaz! R.Rza.
□□ Faraş gəlmək - 1) vaxtından qabaq özünü göstərmək, havaların qızışması (əsasən yaz mövsümü haqqında). Il faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev. Yaz da bu il dağ ətəyinə faraş gəlmişdi. Bayramov; 2) sürətlə inkişaf etmək, gözlənildiyindən tez böyümək. Muğanın pambığı faraş gələndə; Qozalar gül açıb üzə gülərdi. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FA

FUT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed