İzahlı lüğət

ƏŞYA

is. [ər. “şey” söz. cəmi] 1. Şeylər. Ev əşyası. - Nişandan toya qədər qız evi qıza veriləsi cehiz əşyasını tədarük etməklə məşğul olur. R.Əfəndiyev. Məsmənin otağı ev əşyasından tamamilə boş imiş. S.Hüseyn. Səttarxan Tehrana köçdükdə ev əşyasını aparmamışdı. M.S.Ordubadi. [Qadir] bütün süslü-bəzəkli əşyasını bir boğçaya bağladı və hamamçıya tapşırdı. H.Sarabski.
fəls. Hiss orqanları tərəfindən qavranılan hər hansı bir konkret maddi hadisə, şey, obyekt. Əşya ilə onu ifiadə edən söz arasında əlaqə. - [Divanə:] Məncə həm mahiyyəti-əşya bütün; Başqa rəng almaqdadır guya bu gün. H.Cavid.
□□ Əşyayi-dəlil hüq. - müttəhimin günahkar olub-olmadığını sübut edən hər hansı bir şey, maddi sübut. Məhkəməyə əşyayidəlil təqdim etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed