İzahlı lüğət

ƏYRİ

sif 1. Düz istiqamətdə olmayan, düz xətt təşkil etməyən (düz ziddi). Əyri yol. Əyri xətt. Əyri qılınc. - Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov. Murad dedi:
Var, bala; Əyri qazma üsulu. M.Rahim. // Düz durmayan, düz olmayan, bir yana əyilmiş. Əyri barmaq. Əyri çənə. Əyri mismar. - Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi, əyridi, amma pis əyridi.. C.Məmmədquluzadə. [Qaçayın] burnu bir qədər əyri və iri idi. Ə.Vəliyev. // Zərf mənasında. Əyri getmək. Mıxı əyri vurmaq. Umumi zəiflikdən başqa [Cəbinin] ayaqları da əyri bitirdi. N.Nərimanov. □ Əyri baxmaq - 1) gözünün yan tərəfi ilə baxmaq, çəp baxmaq; 2) məc. Narazı, şübhəli, yaxud kinli və hiddətli baxışla baxmaq. Axır vaxtlarda nədənsə mənə əyri baxır.
Sözündə, işində, hərəkətində düz olmayan, yalançı, fırıldaqçı. Əyri adam bir gün özünü göstərəcək. - Əyri adamın bacarıqlı olmağı, düz adamın əfəlliyindən cəmiyyət üçün daha qorxuludur. M.İbrahimov. Əyri danışmaq - düz danışmamaq, səmimi danışmamaq, hiylə işlətmək, biclik etmək. Əyri getmək - 1) fırıldaq, hiylə yolunu tutmaq, düz yolla getməmək; 2) aldatmaq, vəfasızlıq göstərmək. Əzəldən arada əhdü peyman var; Əyri getmə, Əslim, yolu düzyeri! “Aşıq Kərəm”. Əyri görmək
pis şəkildə görmək, xoşuna gəlməyəcək tərzdə görmək. Niyə bəs böylə bərəldirsən, a qare, gözünü; Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. M.P.Vaqif. Əyri güzgü - 1) əksi düzgün göstərməyən güzgü; 2) məc. bir şeyin təhrif olunmuş əksi. // İs. mənasında. Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi. Bir oğru, bir əyri, bir də haramı; Bu üçü bir olsa kolda gizlənər. Xəstə Qasım. Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov. // is. Düzgün olmayan şey. Şairəm, çünki vəzifəm budur əşar yazım; Bədi bəd, əyrini əyri, düzü həmvar yazım. M.Ə.Sabir. [Keykavus şah:] Çarə bul, seçilsin doğru əyridən. H.Cavid. [Vəzir:] Belə olar əyyar sözü; Yanlış deyər əyri, düzü. Şaiq. □ Əyri iş - fırıldaq, hiylə. ..Əyri işlərin haqqında doğru danış. M.S.Ordubadi.
is. riyaz. Əyri xətt. Diaqramın əyriləri. Əyrinin nöqtələri. // Hər hansı bir prosesin kəmiyyət nisbətini göstərən (əyri xətt şəklində) qrafik təsvir. Temperatur əyrisi. Yağıntı əyrisi.
□□ Əyri göz - mövhumatçıların etiqadınca, gözü dəyə bilən adamın gözü. [Qızyetər:] Yox... yox..., qadan alım, min əyri göz var; Bircəfarağat dur,.. göz dəyər sənə. S.Vurğun. Əyri (gözlə) baxmaq - qeyri-məmnun, narazı, acıqlı yaxud şübhəli nəzərlə baxmaq. Əyri gözlə mənə baxdı. Əyri-əyri baxmaq - b a x əyri (gözlə) baxmaq. Sona əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir. Məmmədquluzadə. Hacı Rəsul çomaqlı kəndliyə əyri-əyri baxdı. Mir Cəlal. Molla Şirəlinin ən çox zəhləsi getdiyi, ona əyri-əyri baxıb salam verməyən cavanlar idi. S.Rəhman. Əyri oturaq (oturub), düz danışaq bir-birimizdən incisək də, həqiqəti olduğu kimi deyək. Ey fələk, gəl ki, bir əyri oturub düz danışaq. S.Ə.Şirvani. [Gəray ağa:] Gəl burada, bu qapalı otaqda, bu Içərişəhərdə əyri oturub düz danışaq! S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed