İzahlı lüğət

ƏYLƏNMƏK2

f 1. Ürək sıxıntısını dəf edərək xoş vaxt keçirmək, ruhən istirahət etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə məşğul olmaq, vaxt keçirmək. Axşam yaxşıca əyləndik. - [Xəyyam:] Qayğı bilməz, içərək əyləniriz; Ayrı olsaq da, həqiqətdə biriz. H.Cavid. [Zeynal] hər zaman gülmək, əylənmək, bağırmaq, sərxoş olaraq səfahətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn. [Xan] ..hətta özü də saatlarca Buğacla əylənib nişan atırdı. M.Rzaquluzadə. // Oynamaq, şənlik etmək. Uşaqlar bağçanın həyətində əylənirlər. - Sən şad ol, sən əylən, sevin, gül barı; Qoy mən ayrılığın çəkim yükünü. R.Rza.
Lağa qoymaq, masqaraya qoymaq, ələ salmaq, oynatmaq. Dükançıların bizimlə əyləndiklərini anlayaraq: - Bağışlayın, - dedi. Şaiq. // Zarafat etmək, şuxluq etmək. Arabir Ballı onunla əylənərək: - A kişi, hansı bəxtəvəri sevmisən? - deyirdi. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ƏN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed