İzahlı lüğət

ƏYALƏT

is. [ər.] 1. tar. Bir valinin idarəsi altında olan ölkə. Həmədan ilə Bağdad, Həmədan ilə Iraq, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. M.S.Ordubadi.
Bəzi dövlətlərdə: ölkənin bölündüyü inzibati rayonların hər biri; vilayət, mahal. 1918-ci ilin yaz və yay fəsillərini Iranın Gilan əyalətində keçirmişdim. S.Hüseyn. Səttarxan dövründə təşkil olunmuş əyalət əncümənləri müəyyən hüquqlara malik olan muxtar dövlət üsulundan başqa bir şey deyildi. M.İbrahimov. Xəmsə əyalətinin mərkəzi Zəncan Azərbaycanın mühüm şəhərlərindən biridir. P.Makulu. İri mərkəzlərdən uzaq olan yer. // Ümumiyyətlə, ölkənin paytaxtdan, mərkəzdən uzaq olan ərazisi. Nəhayət, əyalətdə işləyən görkəmli bir vücud xanım Süsəni götürüb Tehrana apardı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Ə1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed