ƏRZİNDƏzərfi İçərisində, müddətində. Üç gün ərzində. Bir il ərzində. Bu iki həftənin ərzində. - O qədər ləziz xörəklər ki bircə ramazan ayında ortalığa gəlir, qeyri bu bir ayın ərzində gəlmir. C.Məmmədquluzadə. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib-bərkidikdə əsla azar-bezar bilməzdi. S.M.Qənizadə.
Paylaşın - Hamı bilsin
|