İzahlı lüğət

ƏLAVƏ

[ər.] 1. sif. Əsas şeyin üstünə artırılan; üstəlik. Əlavə xərc. Əlavə seans. Bu gün iki əlavə dərs oxuduq. Əlavə vaxt vermək lazımdır. - Məncə, bu .. otağa əlavə bir qapı açmaq lazımdır. M.S.Ordubadi. Cavanları tərbiyələndirmək, onları ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn. □ Əlavə etmək - üstünə artırmaq, qoymaq. Məbləğin üstünə iki manat əlavə etmək. Çaya qənd əlavə etmək; // üstəlik olaraq demək və ya yazmaq. Məktuba bir neçə söz əlavə etdi. Mən bu gündən işə başlayacağam, - deyə əlavə etdi.
Zeynal əlavə etdi: - Biz bundan sonra bir damın altında bərabər yaşaya bilməyəcəyik. S.Hüseyn. Sonra əlavə etdi: - Mən bu səsi eşitməyi çox xoşlayıram. M.Rzaquluzadə. Əlavə olaraq - üstəlik olaraq, əlavə kimi, əlavə şəklində. [Mirzə Qədir] öz istirahətini pozub otaqların birini də verməli, əlavə olaraq [Nəsirə] ailəsini keçindirə biləcək bir maaş da təyin etməli idi. S.Hüseyn. [Usta Qəzənfər:] Dəniz neftçiləri .. əlavə olaraq dövlətə tonlarla neft veriblər. Z.Xəlil. Əlavə olunmaq - üstəlik artmaq. [Onu] əridən araqla papiros idi. Son günlərdə qorxu da əlavə olunmuşdu. Ə.Vəliyev.
is. Kitaba, ayrı-ayrı fəsillərə, yazıya və s.-yə artırılan hissə, bəhs və s. Kitabın axırında əlavəsi var. Dissertasiyanın hər fəslinə əlavə verilmişdir. - Xoşqədəm çay süzürdü. Mən əlavələrin yerini müəyyənləşdirirdim. Ə.Vəliyev.
is. Məcmuə və ya qəzet abunəçilərinə artıq, üstəlik olaraq göndərilən kitabça və s.
Qoş. mənasında: ...başqa. İş bilməyən, ancaq yemək-içməkdən əlavə; Bu canlı dəyirmanlarına şükr, xudaya! M.Ə.Sabir. Əlavə, Haşımdan başqa onların bir köməyi yox idi. Talıblı. □ Bundan əlavə - bundan başqa, üstəlik olaraq. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyblər tapdılar. M.F.Axundzadə. Bundan əlavə, Qaraca qız özü də oynamağı tərk etmişdi. S.S.Axundov. Xüsusi terminologiyada: artım, törəmə, bir maddənin, məhlulun və s.-nin tərkibinə, üstünə əlavə edilən maddə və s. Dizel yanacaqlarına başqa əlavələr qatılır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed