İzahlı lüğət

ƏQVAM

is. [ər. “qövm” söz. cəmi] kit. 1. Tayfalar, qövmlər. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, - sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar, - geridə qalmaqları .. məni heyrətə saldı. F.Köçərli. // Tayfa.
Qohumlar, qohum-əqrəba. Ona görə bu şəxs nəinki .. öz əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi. Ə.Haqverdiyev. Ağanın özünün və əqvamının salamatlığı təmin olunmalıdır.. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......