İzahlı lüğət

ƏNAM

is. [ər. “nemət” söz. cəmi] Bəxşiş, hədiyyə, mükafat. Ənam almaq. Ənam vermək. - [Odabaşı:] Hətta Mirzə Əhməd ağa qız üçün ənam göndərmişdi. Ə.Haqverdiyev. [Rəhim xan:] Əgər Nəsrəddin şahın ənamı olmasaydı, bu saat səni həlak edərdim. C.Cabbarlı. □ Ənam eləmək klas. bağışlamaq, vermək. Haq mənim ömrümü kəssin, sənə ənam eləsin. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments