İzahlı lüğət

ƏMƏLLİ

sif. və zərf Yaxşı, layiqli, ləyaqətli. Əməlli hədiyyə. Əməlli işləmək. [Mozalanbəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. [Əcəb xalanın] nə gözü yaxşı görürdü, nə də qulağı əməlli eşidirdi. S.Hüseyn. // Qaneedici, təminedici, məmnunedici, məqbul. Ondan əməlli bir cavab ala bilmədik. - [Səftərqulu:] Yoxsa yenə içmisən, a gedə? Əməlli danış, elə iş ola bilməz! N.Vəzirov. [Yusif:] Və bir elə ittifiaq düşməyib ki, mən [Şamdan bəyi] əməlli tanıyam. N.Nərimanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ƏR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed