İzahlı lüğət

ƏMƏK

is. İnsanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyəti; zəhmət. Zehni əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qalxması. □ Əmək aləti - işləmək üçün lazım olan alət, karastı. Əmək çəkmək- b ax əmək qoymaq. [Altunbay:] [Solmaza] mən səni almaq üçün nə qədər əməklər çəkdim, altunlar tökdüm. C.Cabbarlı. Vəfalıya əmək çəksən itirməz; Bədəsil nəsihət, öyüd götürməz. Xəstə Qasım. Ata əmək çəkdi, bir bağ becərdi; Oğlu ordan şirin meyvələr dərdi. M.Dilbazi. Əmək haqqı zəhmət müqabilində alınan (verilən) pul, maaş və s. Ayda nə qədər əmək haqqı alırsan? - Hər sahibkar öz istəyinə görə iş saatının müddətini və əmək haqqını təyin edir. M.İbrahimov. Əmək intizamı - hər hansı bir kollektivin bütün üzvlərinin qoyulmuş olan qanun və qaydalara tabe olması zəruriyyəti. Əmək intizamını yüksəltmək. Bu zəngi Sübhanverdizadə əmək intizamını möhkəmləndirmək məqsədi ilə buraya vurmuşdu. S.Rəhimov. Əmək qabiliyyəti işləmək, iş görmək qabiliyyəti. Əmək qabiliyyətini itirmək. Əmək qoymaq - zəhmət çəkmək, zəhmət sərf etmək. Bu işə çox əmək qoymuşam. - Əsədin sözünə nəzər yetirin; Yaxşı əmək qoyun, məhsul götürün.
Aşıq Əsəd. Əmək məhsuldarlığı iqt. vahid zaman ərzində fəhlənin istehsal etdiyi məhsulun miqdarı. Əmək mükəlləfiyyəti əhalinin görməli olduğu ictimai, ya dövləti vəzifə. Əmək-islah düşərgəsi - məhbusların əməklə islah edildikləri cəza yeri. Əməyi itmək (zay olmaq, əlində qalmaq, zaya getmək, bada getmək) - zəhməti boşa getmək, zəhmətinin nəticəsini görməmək. [Koroğlu dedi:] Əməyim zaya getməyi; Yandırır məni, yandırır. “Koroğlu”. O zaman anladım itib əməyim; Qaldı bir də qiyamətə diləyim. A.Səhhət. Öz zəhmətimi demirəm, Gülqədəmin əməyi əlində qaldı. Ə.Vəliyev. Əməyi(m) gözündən gəlsin! - qarğış ifadəsi. // Ümumiyyətlə, zəhmət, səy, ciddcəhd. Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etməkfikrindəsiniz! M.F.Axundzadə. Bu əmək hər yerdə torpağın üzünü eyni ehtirasla dəyişir. M.İbrahimov.
□□ Əmək kitabçası - fəhlə və xidmətçinin əmək stajını göstərən sənəd (kitabça). Əmək ordusu məc. - əməkçilər, zəhmətkeşlər. Əmək sazişi - hər hansı bir işi görmək haqqında tərəflər arasında bağlanan müqavilə. Əmək tərbiyəsi - yetişən nəslin əmək əsasında tərbiyəsi sistemi. Məktəblərdə əmək tərbiyəsini yüksək səviyyəyə qaldırmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ƏN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed