Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ƏMCƏK

is. Məmə, döş. Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin! N.Vəzirov. İnəyin əmcəyindən çıxan süd balaca bulaq kimi şırhaşırla sərniclərə tökülürdü. Ə.Vəliyev. □ Əmcək uşağı südəmər uşaq. Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdü ər küçəyə. C.Məmmədquluzadə. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Ə.Haqverdiyev. Əmcəkdən kəsmək - süd verməyi dayandırmaq, süddən kəsmək, daha süd verməmək. Uşağı əmcəkdən kəsmək.
□□ Anasının (nənəsinin) əmcəyini kəsən
çox bic, fırıldaqçı, dələduz adam haqqında. Bir şahıya nənəsinin əmcəyini kəsənlər var. M.İbrahimov. Anasının əmcəyini kəsmək
fırıldaqçılıqla məşğul olmaq. Adam da anasının əmcəyini belə kəsərmi? S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Ə1