İzahlı lüğət

EMALATXANA

is. [ər. emalat və fars. ...xanə] 1. İstehsal və ya təmir müəssisəsi, habelə bu cür müəssisənin binası; karxana. Xarrat emalatxanası. Tikiş emalatxanası. [İmran:] Yoldaşlar, bu günlərdə burada böyük emalatxana açılacaq. Ə.Haqverdiyev. Bir azdan səs-küylə işləyən bir təmir emalatxanasına yaxınlaşdılar. S.Rəhman. Fərman o gündən dərsdən sonra da emalatxanada müəllimindən eşitdikləri sözlər haqqında xeyli düşündü. Ə.Sadıq.
2. Rəssamın, heykəltəraşın iş otağı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed