İzahlı lüğət

ƏLALTI

1. sif. və is. Əl altında işləyən, köməkçi işləri görən, köməkçi. Əlaltı fəhlə. Usta əlaltısı. Bənna əlaltısı. - [Səkinə:] ..Aylarla .. buruqda rəhmətlik atasının əlaltısı olub. M.İbrahimov.
zərf Xəlvəti, gizlicə, heç kəsin xəbəri olmadan, əl altından. Əlaltı xəbər göndərmək. [Xəlil paşa] özü də əlaltı tədarük görüb qoşun-zad hazırladı. “Koroğlu”. Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt eləmişdi. S.Rəhimov.
is. məc. Başqasının göstərişi və ya rəhbərliyi ilə işləyən, iş görən adam; köməkçi. Getdikcə dostlar üz döndərir, tərəfdar azalır, əlaltıları da [Hümməti] eşitmək istəmirdilər. B.Bayramov.
is. Kart və başqa oyunlarda: hazırda oynayan adamdan sonrakı birinci adam.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......