İzahlı lüğət

ƏDƏBİ

sif. [ər.] Ədəbiyyata aid olan. Ədəbi əsər. Ədəbi cərəyan. Ədəbi irs. Ədəbi müşavirə. Ədəbi müsabiqə. - Əlbəttə, ədəbi ənənənin mütərəqqi məziyyətlərini yaşatmaq gərəkdir və zəruridir. S.Rəhimov. Ədəbi əsər bədii təfəkkürlə bağlıdır. M.İbrahimov. □ Ədəbi işçi - qəzet və ya jurnallarda çap edilən materialların dili və üslubu üzərində işləyib onu çapa hazırlayan işçi. [C.Cabbarlı] sonra .. ədəbi işçi və mütərcim vəzifəsində çalışmağa başladı. M.Arif. Ədəbi oğurluq - özgənin əsərini öz adı ilə vermə, yaxud adını göstərmədən
özgənin əsərindən istifadə etmə. // Ədəbiyyatla bağlı, əlaqədar. Yazıçının ədəbi fəaliyyəti. Ədəbi dairələr. - Yeni yetişən ədəbi gənclik həmişə Cabbarlının diqqət mərkəzində idi. M.Arif.
□□ Ədəbi dil - ümumxalq dilinin qrammatika, leksika, tələffüz və s. cəhətdən müəyyən normalara malik olan işlənmiş forması. Ədəbi dil normaları. - Səmədin o dövrdəki ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed