İzahlı lüğət

DÜYMƏÇƏ

is. 1. Puçur, açılmamış tumurcuq. Yazda ağacların düyməçələri irilənməyə başlayır. - Nərgiz düyməçələri; Püstə kimi yarılıb ortasından neçələri. R.Rza. Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.
Kiçik düymə.
Elektrik zəngini çaldırmaq və elektrik işığını yandırıb-söndürmək üçün barmaqla üstündən basılan mütəhərrik düymə; knopka. Ay dədə, işığı yandırsana, - deyib, Pərşan divardakı düyməçəni basdıqda stolun üstündəki böyük lampa hər tərəfi işıqlandırdı. M.İbrahimov. Həkim düyməçəni basdı. Mir Cəlal.
Kağızı və s.-ni bərk şeyə bənd etmək üçün təpəsi enli və yastı metal mıxcıq; knopka.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed