İzahlı lüğət

DƏFTƏR

is. [ər. əsli yun.] 1. Yazı yazmaq, yaxud rəsm çəkmək üçün kitab şəklində tikilmiş eyniölçülü kağız dəstəsi. 0agird dəftəri. Cib dəftəri. Ümumi dəftər. Rəsm dəftəri. - Gəncliyimin ilk xatirə dəftərində; Bu nəğmənin qırıq-qırıq sətirləri.. M.Araz. Bilirsən ki, necə anar; Qələm məni, dəftər məni! M.Müşfiq.
2. Haqq-hesab və hesabat işlərini yazmaq üçün müxtəlif formada cızıqlanmış, kitab şəklində eyni ölçüdə kəsilmiş kağız dəstəsi. [Məşədi:] Dükan sahibi isə dəftər və çötgəni çıxarıb hesaba məşğul olur. Ə.Haqverdiyev. Hacı öz dükanlarından birini kontor kimi düzəldib buraya bəzi kitab, dəftər və kağız-kuğuz qoymuşdu. S.Şamilov.
□ Dəftərdən düşmək - yaddan çıxıb adı dəftərə yazılmamaq, bir yerə qeyd edilməmək. Dəftərə düşmək - müəyyən məqsəd üçün dəftərə qeyd edilmək. Onun adı dəftərə düşdü.
Hər nə istəsəniz verək, ancaq o, idarənin dəftərinə düşübdür! S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DOD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed