İzahlı lüğət

DUMDURU

sif. 1. Lap duru, büllur kimi şəffaf. Dumduru su. - Araz gəlir daşınnan;
Suyu qalxır başınnan; Əzəli dumduruydu; Bulandı göz yaşınnan. (Bayatı). Bu səssiz dərədəsə sular axır dumduru; Mürgüləyən qayalar sanki geyib zərxara. Ə.Cəmil. Küçənin hər iki tərəfindən dumduru su axırdı. Ə.Vəliyev.
// Tərtəmiz, saf, aydın. Göy üzü dumduru, hava çox saf; Parlayır mavi asiman şəffaf A.Səhhət. Arxın dumduru suyu şır-şır buzları yığışdırıb apardıqca, onlar çiliklənmiş şüşə kimi cingildəyirdi. İ.Şıxlı.
2. Lap axıcı, çox sıyıq. Dumduru bəkməz. Dumduru bal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed