İzahlı lüğət

DUMANLANMAQ

məch. 1. Dumanla (tüstü ilə) örtülmək (dolmaq); duman basmaq, duman bürümək. Hava dumanlandı. - Toz ərşə dayandı, göy dumanlandı. Ə.Cavad.
// Duman qalxmaq, tüstü çıxmaq. Bu sadə tonqalın yaşıl tüstüsü; Gecənin qoynunda dumanlanırdı. S.Vurğun.
// Nazik bir təbəqə ilə örtülmək, şəffaflığını itirmək, tutqunlaşmaq, kəsifləşmək. Gözlük dumanlanaraq ətrafı görməyə mane oldu.
Bulanmaq, qaralmaq.
// məc. Gözlər haqqında - 1) yaşarmaq, doluxsunmaq, ağlamsınınaq; bərk kədərlənmək. Qocanın dumanlanan gözləriyaşla doldu. Ə.Məmmədxanlı. Fəqət [Şamilin] nəfəsini ağır bir şey tıxamış, gözləri dumanlanmışdı. A.Şaiq; 2) qaralmaq, qaranlıq çökmək, aydın görmə qabiliyyətini itirmək (bu mənada adətən
“gözü”, “gözləri” sözü ilə). Gözləri daha da dumanlandı; daha dərin bir xəyalata daldı. C.Cabbarlı. Firidun [Musa kişinin] işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. M.İbrahimov.
□□ Başı (beyni, şüuru, fikri) dumanlanmaq - 1) bir anlıq aydın düşünmə qabiliyyətini itirmək;
// özünü itirmək dərəcəsinə gəlmək. [Midhəd] fikirləşdikcə başı dumanlanır, gicgahları ağrıyırdı. Ə.Vəliyev;
// sərxoşlanmaq, keflənmək. Qaraşın başı o qədər dumanlanmışdı ki, oturduğu yerdə dayana bilmirdi. M.İbrahimov; 2) bərk kədərlənmək, son dərəcə məyus olmaq. Anasının ürəkyaxıcı göz yaşından, Güllünün məğrur duruşundan Səfərin başı dumanlandı. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed