İzahlı lüğət

DAVAMLI

sif. 1. Hər cür çətinliyə, məşəqqətə, məhrumiyyətə, əzab və əziyyətə davam gətirən; dözümlü. O, çox davamlı adamdır. İstiyə davamlı ürək.
□ Davamlı olmaq - dözmək, möhkəm olmaq, səbat etmək. Hər bir əziyyətə və məşəqqətə qarşı davamlı olmaq lazımdır. - [Sabir haqqında] İnsan çox davamlı olur: ata ölümünə, qardaş, oğul, qız ölümünə bir növ davam etmək mümkündür. Amma rəfiq ölümünə davam etmək çətindir. Ə.Haqverdiyev.
Çətin dağılan, gec yırtılan, çox möhkəm. Davamlı parça. Davamlı çəkmə.
Etibarlı, sarsılmaz, möhkəm, səbatlı. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır... Məmmədquluzadə. Dedim: - Daşmı davamlıdır, yoxsa onun iradəsi? M.Rahim.
Uzun sürən, sürəkli, arası kəsilməyən, ardıcıl. Bu zaman vağzala girməkdə olan bir maşının davamlı fit səsi eşidildi. M.İbrahimov. Ağır gövdə yerə dəyəndə yazıq, davamlı bir uğultu səsi gəldi. Mir Cəlal.
...davamlı xüs. Bəzi mürəkkəb sifətlərin ikinci tərkib hissəsi; məs.: odadavamlı, soyuğadavamlı, istiyədavamlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed