İzahlı lüğət

DÜYÜN1

is. 1. İki ip və s.-nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin özünün ilmək halına salınmış yeri. İpin düyününü açmaq. - [Səttar:] Yazıq arvadın barmaqları ilmədə qalıb, gözü düyünlərdə. P.Makulu.
□ Düyün düşmək - dolaşmaq, pırtlaşıq düşmək, düyünlənmək. İp düyün düşdü. - [Zalxa:] Mən heç bunu bağlaya da bilmirəm ki, ha eləyirəm, düyün düşür. S.Rəhman. [Sarıqlı Mollanın] qolu düyün düşmüş örkənə bənzəyirdi. Mir Cəlal. Düyün salmaq - dolaşıq salmaq, pırtlaşdırmaq, düyünləmək. Kor düyün açılması çətin olan düyün.
Ağac, kol budağının gövdəyə, yaxud yarpağın zoğa birləşdiyi yer. Ağacın düyünləri. Taxtada çox düyün var, rəndələmək çətindir. Yarpağın zoğa birləşdiyi yerinə düyün deyilir. Palıd ağacının düyünləri.
məc. İlişik, həlli çətin məsələ, zor iş, dolaşıqlıq.
□ Düyün(ü) açılmaq - həlli tapılmaq, həll olunmaq. Heç aləmdə olmayıb belə gün; Həll olub müşkülüm, açıldı düyün.S.Ə.Şirvani. Düyünə düşmək - çətinlik üz vermək, həll edilə bilməmək, dolaşığa düşmək. [İkinci:] Vallah, səbir eyləyincə daha da iş düyünə düşür. C.Cabbarlı. Bir işin üstü açılanda, ya bir iş düyünə düşəndə Leylək sinəsini qabağa verib, bəyin “heykəl başına” and içər, divan qulluqçularını inandırardı. S.Rəhimov. Düyünü(nü) açmaq məc.
çətin bir məsələnin, işin həllini tapmaq, çarəsini tapmaq, həll etmək, dolaşığı(nı)
açmaq. Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun; Millət düyünün açmağa himmət gərək olsun. M.Ə.Sabir.
məc. Dərd, kədər, qəm, ürək acısı. Dəsmalın ağdı məndə; Güllüdü, ağdı məndə; Yar, sənin bir “yox” sözün; Düyündü, dağdı məndə. (Bayatı). Vidadi xəstəyəm, ey gözüm sağı; Artıbdır sinəmin düyünü, dağı. M.V.Vidadi. O necə quş idi yaz gələr bağa; Sinəmi çəkiblər düyünə, dağa.. Xəstə Qasım. Çəkilib köksümə dağlar, düyünlər. Q.Zakir.
□ Düyün olub boğazında (ürəyində) qalmaq - bir dərd olub ürəyində qalmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DUD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed