İzahlı lüğət

DOLMAQ

f 1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. Evə adamlar doldu. Otağa soyuq hava doldu. Miniklər gəmiyə doldular. - Sar gəlsin dağa dolsun; Bülbüllər bağa dolsun. (Bayatı). Mal-qara kəndə dolub hayküy salmaqda idi. Ə.Vəliyev.
// Dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq, boşluq qalmamaq. Stəkanlar çayla doldu.
Mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. C.Məmmədquluzadə. Məktəb həyəti oğlan-qızla dolmuşdu. Mir Cəlal. Bir çoxları yığılıb buraya gəldi, ev-eşik adamla doldu. S.Rəhimov.
// Məc. mənada. [Orxan:] Ah, qəlbimə sanki od-alov dolmuş. H.Cavid. Gülsəhər qızlarını görüncə ürəyifərəhlə doldu. Ə.Vəliyev. Əzizin ürəyi atalıq qüruru ilə doldu. S.Rəhman. Nəbinin ürəyinə şübhə doldu: “Yəqin ki, bəy Yusifi döyməyə gəlib ’’. Ə.Abasov.
Girmək, daxil olmaq (çoxlu miqdarda). Qulaqlarıma su doldu. - Qarşıdakı ikitağlı böyük pəncərədən işıq içəri dolurdu. M.İbrahimov.
// Nüfuz etmək. Gülşad qapını açıb içəri girəndə otaqdakı soyuq bədəninə doldu. Ə.Vəliyev.
Yayılıb hər tərəfi tutmaq, bürümək, örtmək, qaplamaq. Ətrafa səs doldu.
// Örtülmək, tutulmaq. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Günəş batandan azca sonra, sinəsi yarıq-yarıq, böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. M.İbrahimov. Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. Mir Cəlal.
Kökəlmək, ətə-cana gəlmək. Ətə dolmaq.
Doluxsunmaq, kövrəlmək, tutulmaq, əhvalı pozulmaq, hiddətlənmək, acıqlanmaq. O doldu, qaşqabağı qara bulud kimi üstdən aşağı sallandı. S.Rəhimov.
Girmək, çatmaq, yetmək. Ağabəyim ağa artıq böyüyüb, 14-15 yaşına dolmuşdu. Çəmənzəminli.
Yetişərək şirə hasil etmək, sütülləşmək. Sünbüllər yavaş-yavaş dolur.
Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Planların hamısı dolmuşdur.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed