İzahlı lüğət

DOĞULMAQ

f 1. Anadan olmaq, dünyaya gəlmək. Nizami 1141-ci ildə doğulmuşdur.
Tutalım sən o vaxt olmamısan; Anadan, ya ki heç doğulmamısan. A.Səhhət. Şad oldum o gün ki, sən doğuldun; Min şükr elədim ki, oğlum oldun. M.Ə.Sabir.
2. məc. Törəmək, meydana gəlmək. Bir nəğmə ki doğulmuşdur mübarizə surətindən. R.Rza. Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed