İzahlı lüğət

DOĞRUDAN

zərf Həqiqətən, düzünü desək əslində. [Məhəmmədhəsən əmi:] İzzət, doğrudanpəyədə ağlayan sən idin? C.Məmmədquluzadə.
// Ara söz mənasında (çox vaxt “da” ədatı ilə birlikdə). Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov. Doğrudan da, getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov.
doğrudan-doğruya 1) bax doğrudan. Amma doğrudan-doğruya Bakıda mən qəbzbazlığı artıq bir şey bilirəm. C.Məmmədquluzadə; 2) bilavasitə. Bu iş doğrudan-doğruya sizə aiddir.
doğrudan-doğrusu bax doğrusu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed