Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DİŞSİZ

sif. 1. Ağzında dişləri olmayan. Dişsiz ağız - dişsiz dəyirman. (Ata. sözü). Kişi quru çörəyi dişsiz damağında övkələdikcə çənəsi şaqqıldayır, gicgahlarındakı damarlar oynayırdı. İ.Şıxlı.
2. məc. dan. Zəif, sözü keçməyən, ağzıboş, nüfuzsuz, iradəsiz. [Zübeydə:] Qoca indi dişsiz bir ilandır, ömrünün qalanını zindanda qalmalıdır. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!