İzahlı lüğət

DIRNAQ

is. 1. Barmaqların ucunun üst tərəfındə sümük kimi maddədən ibarət örtü. Dırnaq tutmaq. Dırnaq şotkası (dırnaqları təmizləməyə məxsus kiçik şotka).
// At, inək kimi heyvanların ayaqlarının alt hissəsini əhatə edən bütöv və ya haça şəklində buynuz maddə. [Balaxanım Dadaşa:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov. Dırnağilə bəzək vurub nəmli torpağa; Qoyun-quzu mələşərək qalxır yaylağa. S.Rüstəm.
Caynaq (quşlarda).
□ Dırnaq ilişdirmək (keçirmək) - tutmaq, çənginə keçirmək, yapışıb buraxmamaq.
dilç. « » və ya “ ” işarəsi olub, mətn daxilində vasitəsiz nitqi, sitatları, əsər admı, başlıqları, ayrı-ayrı sözləri, həmçinin şərti və ya əks mənada işlənən sözləri bildirmək üçün işlənir.
□ Dırnaq arasında (içində) -bax dırnaqarası. Kobud dedim, kobudluq yerində xoşa gəlir; İşlədirəm bu sözü mən dırnaq arasında. S.Rüstəm.
□□ Dırnağı bərk olsun! - təzə alman at üçün deyilən xeyirxahlıq ifadəsi. Dırnağı qayım olsun! etnoqr. - təzə gəlin üçün edilən xeyir-dua. ...dırnağı da ola bilməz (deyil) - müqayisələrdə birinin digərindən çoxçox aşağı, dəyərsiz, ləyaqətsiz olduğunu bildirir. [Vəli:] A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Ə.Haqverdiyev. Dırnağı ilə (çalışmaq və s.)
ağır zəhmət və çətinliklə. Sən süngünlə, dırnağınla yer altından yol açarsan; Sən qaranlıq küçələrə gözlərindən nur saçarsan. S.Vurğun. Dırnaq qədər - əsla, qətiyyən, heç. [Mindilli:] Siz bu hadisələrə bir dırnaq qədər də fikir verməyin. S.Rəhman. Dırnaq yeri axtarmaq - girəvə, bəhanə axtarmaq. Dırnaq göstərməyən (sızmayan) -xəsis. Dırnaq ovuca batmaq - 1) bilmədən özü öz işini korlamaq; 2) özünə güvənmək. Ətlə dırnaq arasına girmək - b ax ət. Təpədən dırnağa (qədər) - bax təpə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

DO2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed